Türkiyənin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Avropa Atletika çempionatının yarımfinalına çıxdı.
Bu iyulun 6-də Hollandiyanın paytaxtı Amsterdamda keçirilən Avropa çempinatında baş verib.
O 100 metrlik məsafəni 10,21 saniyəyə qət edərəkbirinci olub.
Qeyd edək ki, Ramil Quliyev 1990-cı il mayın 29-da Bakıda anadan olub.
2007-2011-ci illərdə Azərbaycanın, 2011-ci ildən bu yana isə Türkiyənin şərəfini qoruyur.