Paralimpiyaçı Oscar Pistorius 6 il həbs cəzası aldı

Oscar Pistorius

Cənubi Afrikalı paralimpiya çempionu Оsкаr Pistorus 2013-cü ildə sevgilisi Riva Stinkampın qətlinə görə 6 il azadlıqdan məhrum edilib.

29 yaşlı idmançı qısa məsavəyə qaçış üzrə 6 dəfə paralimpiya çempionudur.

O bundan əvvəl qəsdən qətl törətməmək ittihamı ilə 5 il azadlıqdan məhrum edilib, amma 1 ildən sonra bu ev dustaqlığı ilə əvəz edilib.

Ali Apellyasiya məhkəməsi 2015-ci il dekabrın 3-də prokurorluğun şikayəti ilə onu qəsdən adam öldürməkdə təqsirli bilərək işi təkrar aşağı instansiya məhkəməsinin baxışına göndərmişdi.

Оsкаr Pistorus Riva Stinkampı vanna otağında bağlı qapı arxasından güllələyib.

Onun iddiasına görə sevgilisini oğru bilib.