Portuqaliya, yoxsa Uels ?

Foto arxiv

Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsi başlayır.

Portuqaliya-Uels görüşündə ilk finalçı bəlli olacaq.

Qeyd edək ki, Portuqaliya millisi buna qədər keçirdiyi 5 oyunun heç birində əsas vaxtda qalib gələ bilməyib.

Uels millisi isə Avropa çempinatının yarımfinalına ilk dəfədir ki, çıxıb.

Amma komanda bunadək rəqibləri üzərində inamlı qələbələr qazanıb.

Oyun Bakı vaxtı ilə 23-də başlayır.

Digər yarımfinal oyunu isə sabah keçiriləcək.

Almaniya-Fransa oyununda ikinci finalçı bəlli olacaq.

6 iyul

“Avro-2016”, yarımfinal

23:00. Portuqaliya - Uels

Baş hakim: Jonas Eriksson

Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark

Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)

Lion.