-
Gürcüstanın separatçı Abxaziya regionunda müxalifətdən olan etirazçılar de fakto hökumətin daxili işlər nazirliyinin binasına hücum edərək nazirin istefasını tələb ediblər.
İyulun 5-də təxminən 1500 nümayişçi Suxumidəki binanın darvazasını sındırıb və polislə toqquşub. Onlar nazir Leonid Dzapshba-nın istefasını tələb ediblər.
Region rəhbərliyi hadisə yerinə gəlib və etirazçıları sakitliyə çağırıb.
İyulun 6-da səhər tezdən Abxaziya televiziyası elan edib ki, Prezident Raul Khajimba naziri işdən çıxarıb. Khajimba etirazçılarla tələbləri barədə danışıqlar aparır.
Müxalifət qüvvələri Khajimba-nın iki il öncə hakimiyyətə gəlişini konstitusiyadan kənar sayır. Onu çağırırlar ki, iyulun 10-na planlaşdırılan referendumu ertələsin. Referendumda erkən prezident seçkisi keçirmək məsələsi səsverməyə çıxarılacaq. Khajimba isə televiziyada deyib ki, referendum təxirə salmayacaq.
Müxalifət Dzapshba-nı bölgədə cinayətkarlıqla yetərincə mübarizə aparmamaqda qınayır.