Avstriyanın daxili işlər naziri Volfgang Sobotka oktyabrın 2-də ölkədə təkrar prezident seçkisi keçirilməsini təklif edib.
Bu təklifi nazirlər şurası ilə ölkə parlamenti də təsdiqləməlidir.
Qeyd edək ki, Avstriyanın Konstitusiya məhkəməsi ötən cümə günüpozuntulara görə mayın 22-də keçirilən seçkiləri qanunsuz elan edib.
Həmin seçkidə “Yaşıllar” partiyasının keçmiş lideri Aleksander Van der Bellen qatı-millətçi “Azadlıq” partiyasından olan rəqibi Norbert Hoferə qalib gəlib.
“Azadlıq” partiyası isə səsvermə zamanı pozuntularla bağlı məhkəməyə dəlillər təqdim eləmişdi.