-
Rusiyanın Ulyanovsk şəhərindən Bakıya birbaşa mövsümü aviareysin açılacağı bildirilir.
AZƏRTAC xəbər verir ki, uçuşlar iyulun 15-dən sentyabrın 30-dək yerinə yetiriləcək.
Həftədə bir dəfə olmaqla cümə günü baş tutacaq.
Uçuşun müddəti isə 2 saat 45 dəqiqə olacaq. Yeni aviareysin qiyməti isə, hələlik, açıqlanmır.
Bu vaxta qədər Ulyanovsk sakinləri Bakıya Kazan-Bakı aviareysi ilə səfər edə bilirdilər.