Rusiya yuan alır

Yuan

-

Rusiya Mərkəzi Bankı Çin yuanı almağa başlayıb. Məqsəd xarici valyuta ehtiyatlarını diversifikasiya etmək, Qərbin sanksiyalarından daha az asılı olmaqdır.

2015-ci il sentyabrın sonunadək bankın xarici valyuta ehtiyatlarında yuan yox idi. Bank iyulun 4-də bildirib ki, ehtiyatlarının 0.1 faizini yuan təşkil edir.

Rusiyadan öncə daha çox Asiyada yerləşən azsaylı ölkə yuan alırdı.

Moskvayla Pekin siyasi müttəfiqlərdir. 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Qərbin qoyduğu sanksiyalar onları daha da yaxınlaşdırıb.

Rusiya Prezidenti Vladimir Putin iyunun 25-də Pekinə səfər edib.

Mərkəzi Bankın sözçüsü deyib ki, hələlik, yuan Rusiyanın qızıl və xarici valyuta ehtiyatlarının bir hissəsi kimi sayılmır. Çünki Beynəlxalq Valyuta Fondu yuana bu statusu verməyib. Ancaq yuanın oktyabrda həmin statusu əldə edəcəyi gözlənir.

Dördüncü rübdə ABŞ dollarının Rusiya bankının xarici valyuta ehtiyatlarındakı payı dəyişməyib, 47,5 faiz həcmində qalıb.