Plastik taslardan külək generatorları

Foto arxiv

Hanoydan olan ixtiraçı aztəminatlə əhali üçün ucuz külək generatorları icad edib.

Qırmızı çayın üstündəki bu üzən kənd Hanoyun mərkəzindən bir neçə kilometrlik məsafədə yerləşir.

Hanoy Universitetindən olan Li Vu Kuonq bu kənd üşün ucuz külək generatorları düzəldib.

O bunun üçün uçuz, asan dəyişilən plastik taslardan və köhnə printer mühərriklərindən istifadə edib.

İxtiraçının sözlərinə görə bu cür generatorlar hətta ən zəif küləkdə belə elektrik enerjisi verə bilir:

“Bu layihə cəmiyyətimiz üçün çox vacibdir. Aztəminatlı təbəqəyə kömək eləmək və onları lazımı elektrik enerjisi ilə təmin etmək, eyni zamanda qənaət edə bilmələrini istəyirik”.

Bu üzən kəndin sakinləri əsasən gil qab-qacaq alveri və zibil emalından dolanır.

Onlar gün ərzində cəmi 4-5 dollar qazana bilirlər.

Yeni generatorlar az da olsa onların pul yükünü yüngülləşdirir, aylıq xərclərini azaldır.

İxtiraçı aztəminatlı ailələri bu cür generatorlarla təmin eləmək üçün sponsorlar axtarışındadır.