Məzənnə sabit qaldı

-

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 5-ə olan rəsmi məzənnəsini açıqlayıb.

Həmin məzənnəyə görə, iyulun 5-də bir dollar 1,5425 manata bərabər olacaq.

Bank istirahət günləri və iyunun 4-nə olan məzənnəni dəyişməyib. Həmin tarixlərdə də bir dollar 1,5425 manata bərabər olmuşdu.

Bayram ərəfəsi və istirahət günlərini çıxmaqla son bir ayda manat dollar qarşısında tədricən dəyər itirib.