Farage "Azadlıq" partiyasının liderliyindən gedir

Nigel Farage

Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına nail olan “Azadlıq” partiyasının lideri Naycel Faraj (Nigel Farage) bu vəzifədən gedəcəyini bəyan edib.

Onun sözlərinə görə o arzusuna çatdığına görə belə bir qərar qəbul edib.

O deyib ki, heç vaxt karyeralı siyasətçi olmaq arzusunda olmayıb və siyasətə gəlməsində məqsədi Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına nail olmaq olub.

Faraj bu vəzifədən birinci dəfə deyl ki, gedir.

O, 2015-ci ilin mayında da parlamentə düşə bilməməsinə görə istefa vermişdi.

Amma Faraj partiyasını dəstəkləməkdə davam edəcəyini və Avropa Birliyindən çıxmaqla bağlı danışıqları diqqətlə izləyəcəyini bəyan edib.

52 yaşlı Faraj 1993-cü ildən bu partiyanın üzvüdür.

1999-cu ildə isə ilk dəfə Avropa Parlamentinə seçilib.