-
Küveytin dövlət xəbər agentliyi bildirir ki, təhlükəsizlik əməkdaşları İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının planlaşdırdığı terror hücumlarını əngəlləyə bilib.
Daxili İşlər Nazirliyinin iyulun 4-də yaydığı açıqlamada qeyd edir ki, üç belə əməliyyatın qarşısı alınıb və İŞİD-in üzvü olduğu bildirilən bir neçə nəfər saxlanıb.
Rəsmilərin məlumatına görə, bu hücumlara məscidin və DİN binasının partladılması daxil olub.
İyulun 3-də Küveyt Neft Şirkəti bildirmişdi ki, DİN-in tövsiyəsinə uyğun olaraq, neft obyektlərində təhlükəsizliyi gücləndirib.