Finlər Putinin gəlişinə etiraz edir

Vladimir Putin və Sauli Niinisto

Finlandiyanın Haantali şəhərində Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə səfərinə etiraz olaraq aksiya keçirilir.

Aksiyaçılar iyulun 1-də öncə şəhərin mərkəzinə toplaşıb,sonra isə Ukko-Pekka körpüsünə gediblər.

Qeyd edək ki, Finlandiya prezidentinin yay iqamətgahı bu şəhərdədir.

Prezident Sauli Niinisto Putini bu iqamətgahda qarşılayır.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.