Ronaldo: «Haqlı qələbə qazandıq»

Cristiano Ronaldo

Portuqaliya yığmasının hücumçusu Cristiano Ronaldo Polşa ilə 1/4 final oyunundan sonra komandasının yarımfinala çıxmağa layiq olduğunu deyib. Onun fikrincə, Polşa müdafiədə yaxşı oynayıb.

«O Jogo» Ronaldo-nun bu fikirlərinə yer verib: «Haqlı qələbə qazandıq. Qol vura bilməsəm də, özümü bütünlüklə oyuna verdim. Bu gün Renato Sanches fərqləndi, sağ olsun. Düşünürəm ki, yarımfinala qədər irəliləyəcəyimizi çox az adam gözləyirdi. Polşalılar qapımız önündə çoxlu təhlükəli vəziyyət yarada bilmədi. Penalti seriyası həmişə lotereyadır. Portuqaliya yaxşı oynadı, çoxlu təhlükəli vəziyyət yaratdı, ancaq onları reallaşdıra bilmədik».