-
Birləşmiş Ştatlar Suriya münaqişəsinə yeni yanaşma təklif edib. Məlumatlara görə, bu yanaşma Rusiya və ABŞ hərbi əməliyyatları arasında əməkdaşlığı gücləndirəcək.
“The Washington Post” qəzeti iyunun 30-da yazıb ki, bu həftənin əvvəlində Moskvaya göndərilən təklif al-Qaeda-nın Suriya qanadı olan Jabhat al-Nusrayla bağlı informasiyanın paylaşılmasını nəzərdə tutur.
Moskvanın bu təklifə cavab verib-vermədiyi bəlli deyil. Bu, Obama administrasiyasından ötrü dramatik dəyişiklik deməkdir.
Rusiya və ABŞ qüvvələri Suriyada paralel hava kampaniyası aparır, amma Vaşinqton Moskvanı mötədil üsyançı qrupları hədəfə almaqda ittiham edir.