Türkiyə rəsmiləri Brüsseldə danışıqlar aparır

Mevlut Cavusoglu

Türkiyə ilə Avropa Birliyi Brüsseldə terrorçuluqla mübarizə və viza rejiminin sadələşdirilməsini müzakirə edirlər.

Görüşdən əvvəl İstanbuldakı terror qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Türkiyəni görüşdə Avropa məsələləri üzrə nazir Ömər Çelik və xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edir.

Ömər Çelik ölkəsinin terrorçuluqla mübarizə və Avropa Birliyi ilə üzvlük danlışıqlarını davam etdirdiyini bildirib.

Mövlut Çavuşoğlu isə bildirib ki, görüşdə terrorçuluqla mübaricə və viza rejimi ilə yanaşı tərəflər arasında əldə edilən miqrant razılaşması da müzakirə olunacaq.

Bu razılaşmada Avropadakı bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması ,əvəzində isə Türkiyəyə maliyyə yardımının artırılması, vizasız rejim və Avropa Birliyinə üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.