Sarkisian Erdogana başsağlığı verdi

Serzh Sarkisian

Ermənistan prezidenti Serzh Sarkisian İstanbul hava limanında 41 nəfərin ölümü ilə nəticələnən terror aktlarına görə Türkiyə prezidenti Racep Tayyip Erdogana başsağlığı verib.

Ermənistan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Sarkisian iyunun 28-də törədilən bu terror aktını kəskin pisləyib, ölənlərin yaxınlarına başsağlığı verib və yaralılara şəfa diləyib.

Qeyd edək ki, 3 intiharçı iyunun 28-də İstanbuldakı “Atatürk” hava limanında camaata atəş açıb, bundan sonra isə özlərini partladıblar.

Nəticədə 41 nəfər ölüb, 240-a yaxın adam isə yaralanıb.

Türkiyə hökuməti bildirib ki, bu hücumun arxasında “İslam dövləti” qrupu durur.