Bu il İtaliya millisinə düşə bilməyən Mario Balotteli hesab edir ki, builki Avropa çempionu İtaliya olacaq.
O bunu mətbuata açıqlamasında deyib.
Balotelli bildirib ki, finalda kimlə düşəcəyindən aslı olmayaraq İtaliya çempion olacaq.
“Biz 2012-ci ildə finalda İspaniyaya uduzanda çox məyus olduq. Ona görə də İtaliyanın bu dəfə çempion olmasını istəyirəm”.
İtaliya millisi "Avro-2016"nın 1/4 finalında Almaniya ilə qarşılaşacaq.