Putin embarqonu uzatdı

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Qərbə qarşı ərzaq embarqosunu 2017-ci ilin sonunadək uzadıb.

Rusiya 2014-cü il avqustun 7-dən Avropa Birliyi, ABŞ, Avstraliya, Kanada və Norveçin iqtisadi sanksiyalarına cavab olaraq bu ölkələrə qarşı embarqo tətbiq edib və sonradan bunu 2016-cı ilin avqustunadək uzadıb.

Söhbət bu ölkələrdən meyvə-tərəvəz, süd və ət məhsullarının idxalından gedir.

Qeyd edək ki, Avropa Birliyi 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə, həmin ilin avqustundan Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.