Wenger əsas namizəddir

Arsene Wenger

-

BBC-nin yaydığı xəbərə görə, «Arsenal»ın baş məşqçisi Arsene Wenger İngiltərə yığmasının «sükanı arxasına» keçməyə əsas namizəddir.

Elə həmin qaynağa inansaq, İngiltərə Futbol Assosiasiyası fransız mütəxəssisi bir müddət gözləməyə də hazırdır. Çox güman, bu müddətdə yığmanın baş məşqçi səlahiyyətləri müvəqqəti İngiltərənin gənclər yığmasını çalışdıran Gareth Southgate-ə tapşırılacaq. Wenger ilə yanaşı, Brendan Rodgers, Claudio Ranieri, Rio Ferdinand və Steven Gerrard-ın da adı baş məşqçi postuna namizədlər sırasında çəkilir.

Xatırladaq ki, İngiltərə yığması 1/8 finalda İslandiyaya 1:2 hesabıyla uduzandan sonra Roy Hodgson baş məşqçi vəzifəsindən istefa verib.