Britaniyaya vaxt verirlər

Londonda AB ilə həmrəylik nümayişi, 28 iyun, 2016-cı il

-

Almaniya kansleri Angela Merkel deyir ki, Britaniya seçicilərinin Avropa Birliyindən çıxmaq qərarının əksinə getməyin yolunu görmür. Ancaq o və AB liderləri bildiriblər ki, çıxma prosesinə başlamağa Britaniyaya vaxt verəcəklər.

İyunun 28-də Brüsseldə AB liderlərilə görüşən Britaniyanın baş naziri David Cameron təəssüfünü bildirib və həmkarlarıyla sağollaşıb. Merkel deyib ki, hamı Britaniyanın çıxmasından kədərlənir, amma indi “arzuladığımız kimi düşünmək” zamanı deyil.

Cameron bildirib ki, səsverməyə baxmayaraq, ölkəsi arxasını Avropaya çevirməyəcək və blokdan kənar qonşu kimi ən güclü əlaqələri yaratmaq istəyir.

AB Şurasının Prezidenti Donald Tusk deyib ki, Avropa boşanma prosesini başlatmağa hazırdır, ancaq anlayır ki, növbəti addımlardan öncə Britaniyadakı “tozun yatmasını” gözləməyə zaman gərəkir.