AB liderləri görüşür

İllüstrativ foto

-

İyunun 28-də Avropa Birliyi liderləri ikigünlük sammitə yığışır. Ötən həftə Britaniya AB-dən çıxmağa səs verəndən sonra bu, ilk belə toplantıdır.

Brüssel sammitindən bir gün öncə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollande və İtaliyanın baş naziri Matteo Renzi birgə bəyanatlarında deyiblər ki, Avropa “bölünməzdir”.

Liderlərin bildirdiyinə görə, Britaniya birlikdən çıxmağa dair rəsmi proseduru başlatmağı nəzərdə tutan Lissabon Sazişinin 50-ci maddəsini işə salmayınca, Britaniyayla gələcək münasibətlərlə bağlı heç bir qeyri-rəsmi danışıqlar olmayacaq.

Vəzifəsindən gedən baş nazir David Cameron dəfələrlə deyib ki, o, vəzifədə əvəzlənməyincə, bu baş verməyəcək. Cameron sentyabrda gedir.

O, iyunun 28-də Brüsseldə AB-nin digər 27 lideri ilə toplantıya qatılacaq.