Sharapova Harvarda gedir

Maria Sharapova

-

Rusiyanın tennis ulduzu Maria Sharapova Harvard Biznes Məktəbinə (Harvard Business School) gedəcəyini deyir. Sharapova bu yaxınlarda iki illiyə beynəlxalq yarışlardan uzaqlaşdırılıb.

Sharapova-nın biznes maraqları şəbəkəsinə “Sugarpova” adlı şokolad daxildir. O, iyunun 27-də “Facebook” sosial şəbəkəsində yazıb ki, bu yay həmin məktəbdə iki həftəlik proqram keçəcək.

“Bunun necə baş verdiyini bilmədim, amma Salam, Harvard! Proqramın başlamasını səbirsizliklə gözləyirəm”, o yazır.

29 yaşlı Sharapova ona qoyulan qadağadan şikayət verəcəyini deyir. Qəbul etdiyi meldonium bu ilin yanvarında Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş maddələr siyahısına salınıb.

Sharapova 21,9 milyon dollarlıq sərvətə malikdir.