Litva AB-də tərəfdaşını itirmək istəmir

Linas Linkevicius

-

Litva Britaniyanın Avropa Birliyindən tədricən çıxmasına çağırıb. Bu ölkə AB daxilində Rusiyaya sanksiyaları güclü şəkildə müdafiə edən Londonu itirmək istəmir.

“Hələ dağılmamış, qorunması mümkün olanı qoruyub saxlamaq istəyirik”, Litvanın xarici işlər naziri Linas Linkevicius iyunun 27-də BMT-də jurnalistlərə deyib.

O, Rusiyaya münasibətdə AB daxilində prinsipial mövqelərin zəifləyə biləcəyindən narahatlıq bildirib. Bu məsələni Baltik və Skandinaviya ölkələrindən olan həmkarlarıyla müzakirə etdiyini söyləyib. Dediyinə görə, həmkarları Britaniyayla yeni münasibətlərin “sivil proseslə” getməli olması barədə razılıq əldə ediblər.

Linas Linkevicius Böyük Britaniyanı “strateji müttəfiq” adlandırıb, keçmişdə bu ölkənin Avropada təhlükəsizlik, insan haqları və demokratiya təbliğatçısı olduğunu bildirib.