-
Avropa Liqasının təsnifat mərhələsində yarışan Gəncənin Kəpəz klubu iyunun 28-də Moldovanın “Daçiya” klubunu qəbul edəcək.
Bu haqda klubun saytı xəbər verir.
Saat 20:00-da başlayan oyun Bakıdakı “Dalğa Arena”da keçiriləcək.
Avropa Liqasının təsnifat mərhələsində yarışan Qəbələnin eyni adlı klubu isə ilk qarşılaşmasında Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.
Həmin oyun isə iyunun 30-da, saat 21:00-da Bakıdakı “Bakcell Arena”"da keçiriləcək.
Azərbaycanı Avropa və Çempionlar Liqasında təmsil edəcək digər klublar isə mübarizəyə növbəti həftələrdə başlayacaqlar.