Keçmiş nazirə 9 il verdilər

Vlad Filat

Moldovanın keçmiş baş naziri Vladimir Filat əmlakı müsadirə olunmaqla 9 il həbs cəzasına məhkum edilib.

O korrupsiyada təqsirli bilinib.

TASS-ın məlumatına görə qərarı Kişinyov şəhər məhkəməsi çıxarıb.

Moldova Liberal-Demokrat partiyasının keçmiş lideri və “Avropaya inteqrasiya uğrunda alyans” adlı hakim koalisiyanın əsas fiqurlarından olan Filat ötən il oktyabrın 15-də həbs olunub.

Məhkəmə onu 3 bankdan 1 milyard avronun yoxa çıxmasında təqsirli bilib.

Amma Filat ittihamı rədd edir və bildirib ki, onun həbsinin arxasında hakim koalisiyadakı tərəfdaşı,Demokrat partiyasının sədr müavini Vladimir Plaxotnyuk durur.

Moldova mətbuatı onu ölkə siyasətində “Boz kardinal” adlandırır.