Argentina millisinin daha 5 oyunçusu gedir

Lionel Messi

Lionel Messidən sonra Argentina millisinin daha beş ulduz futbolçu komandada karyeralarını başa vurmaq istəyirlər.

İdman portallarının mıəlumatına görə, Qonzalo Hiquain, Ezequiel Lavezzi, Serxio Aqüero, Havier Maskerano və Lucas Biqlia millidən getmək fikrindədirlər.

Məlumatlara görə bu futbolçuların hamısı Amerika kubokunun finalında Çiliyə uduzduqdan sonra millidən gedəcəklərini deyiblər.

Hələlik Argentina Futbol Federasiyası məsələ ilə bağlı rəsmi açıqlama verməyib.