Papa Ermənistanda sülh göyərçini buraxdı

Francis və Garegin II

Roma papası Francis Ermənistana səfərinin sonuncü günü Ağrı dağının ətəyindəki kilsəyə baş çəkib.

Papa və Erməni kilsəsinin katalikosu II Qaragin birgə dini mərasim keçirib, sonra isə kilsənin həyətinə çıxıb və Ermənistanla Türkiyənin barışmasına rəmz kimi səmaya ağ göyərçinlər buraxıblar.

Papa Ermənistana səfəri zamanı 1 il əvvəl olduğu kimi yenidən “soyqırım” kəlməsi işlədib.

Ankara bunu narazılıqla qarşılayıb.

Türkiyənin xarici işlər naziri Nurettin Canikli deyib ki, papanın dediklərində təəssüf ki, səlib təfəkkürünün izləri görünür.

Qeyd edək ki, Ermənistan 1915-ci il-Osmanlı imperiyası dövründə ermənilərinTürkiyədə “soyqırım”a məruz qaldıqlarını təkid edir.

Türkiyə bunu rədd edir və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən kütləvi ölənlər olduğunu deyir.