-
Livanın şərqində intiharçı hücumunda 5 nəfər öldürülüb, azı 15 nəfər yaralanıb.
Suriya ilə sərhəd yaxınlığındakı Qaa kəndində bir neçə intiharçı özünü kütlə içində partladıb. Məlumatı iyunun 27-də Hizballah silahlı qruplaşmasının Al-Manar televiziyası yayıb.
Qaanın meri Livanın Səsi radiosuna deyib ki, ölənlər dinc sakinlərdir və yaralılar içində 3 livanlı əsgər var.
Hücuma görə məsuliyyəti, hələlik, üzərinə götürən olmayıb.
Suriyada beş ildən bəri gedən vətəndaş müharibəsindən dolayı Livanda tez-tez yaraqlılar hücumlar təşkil edir. Hizballah şiə yaraqlı qrupu Suriyada Prezident Bashar al-Assad-ı dəstəkləyir.