Abadi: “Fəllücə döyüşləri bitdi”

Fəllücədən qaçanlar, arxiv fotosu

-

İraq qüvvələri İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının əlində olan Fəllücə şəhərində son rayonu da ələ keçirib. Baş nazir Haidar al-Abadi iyunun 26-da Fəllücəyə gələrək elan edib ki, şəhər alınıb və sakinləri bunu bayram etməyə çağırıb.

“İraqlıları olduqları yerlərdən çıxıb bayram etməyə səsləyirəm”, Abadi Fəllücə şəhər xəstəxanası qarşısında, boynuna İraq bayrağı dolamış vəziyyətdə dayanaraq Iraqiya dövlət televiziyasına deyib. O, əlavə edib ki, “tezliklə İraq bayrağını Mosulda da qaldıracağıq”.

İraqın ikinci böyük şəhəri olam Mosul da İŞİD-in nəzarətindədir.

Fəllücə Abadi-nin gəlişindən bir neçə saat öncə alınıb.

“Mərkəzi Golan rayonundan elan edirik ki, burası antiterror xidməti tərəfindən təmizlənib və İraq xalqına bu yaxşı xəbəri çatdırırıq ki, Fəllücə döyüşü bitib”, general leytenant Abdul Wahab al-Saidi dövlət televiziyasına deyib.