"Barselona" İvan Perişiçlə maraqlanır

Foto arxiv

Xorvatiya millisinin futbolçusu İvan Perişiç yeni mövsümdən İspaniya klubunda oynaya bilər.

İdman portallarının məlumatına görə hazırda İtaliyanın "İnter" klubunda oynayan futbolçu ilə "Barselona" maraqlanır.

Klubun baş məşqçisi Luis Enrike "Avro-2016"dakı uğurlu çıxışı ilə diqqətə düşən xorvatiyalı futbolçunu komandasında görmək istəyir.

Bəlumatlara görə "Barselona" artıq Avropa çempionatından sonra onunla danışqlara başlamaq fikrindədir.

2015-ci ildən "İnter"də oynayan Perişiç 34 oyunda 7 qol vurub.