SOCAR ofisini icarəyə verir...

►Binanın qarşısına “Ofis icarə verilir” elanı asılıb

SOCAR ABŞ-dakı fəaliyyətini məhdudlaşdıracağı gözlənir.

Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Müxtəlif lobbiçilik layihələri həyata keçirən, beynəlxalq idman yarışlarına sponsorluq edən SOCAR Almaniya, Belçika və İsveçrə ofislərini bağlayıb.

SOCAR-ın Amerika nümayəndəliyinin saytı çoxdandır yenilənmir.

Gözlənilmədən bu həftənin əvvəllərində ofisin binası qarşısında “Ofis icarə verilir ” elanı yerləşdirilib.

“Yüksək səviyyədə görüş” daşınmaz əmlak şirkəti SOCAR binasının icarəyə verilməsini təsdiq edib. Amma heç bir təfərrüat açıqlamayıb.

SOCAR Dupont Circle-də həmin tarixi binanı 2012-ci ildə 12 milyon dollara alıb. Vaşinqtonun 18-ci küçəsində yerləşən o bina əvvəllər Freedom House hüquq müdafiə təşkilatının ofisi olub.

Bununla belə, son dövrlər SOCAR ölkənin imicini möhkəmləndirmək məqsədilə lobbiçi firmalarla bir neçə müqavilə bağlayıb. Üstəlik qarşıdakı 4 ildə futbol stadionlarında reklam yerləşdirməyə görə, şirkət UEFA-ya 80 milyon avro ödəməlidir.

Bir müddət öncə SOCAR-ın 6,3 milyard dollar borcu olduğu açıqlanmışdı.