Çində 98 nəfər ölüb

Arxiv fotosu

-

Çinin şərqində güclü tufan və doludan 98 nəfər həlak olub, yüzlərlə adam xəsarət alıb. Elektrik xətləri dağılıb, maşınlar çevrilib, evlərin və biznes obyektlərinin damı uçub.

Qasırğa iyunun 23-də Yançenq şəhərində başlayıb. Bu şəhər Şanxaydan bir neçə saatlıq məsafədə yerləşir. Küləyin sürətinin saatda 78 milə çatdığı bildirilir.

Xəsarət alanların sayı 800 nəfərdir.

Hazırda Özbəkistanda səfərdə olan Prezident Xi Jinping hərtərəfli xilasetmə işləri aparmağa çağırıb, hökumətə göstərişlər verib.

Çində yay ayları kəskin hava şəraitilə müşahidə olunur. Bu həftənin əvvəlində cənubdakı daşqınlarda azı 22 nəfər ölüb, 20 nəfər itkin düşüb.