'Neft 60 dollara qalxacaq'

►Rövnəq Abdullayev: «Neftin 1 barelinin investisiya yönümlü qiyməti 60-70 dollardır»

SOCAR prezidenti Rövnəq Abdullayev neftin qiyməti ilə bağlı gözləntilərini açıqlayıb. Onun deməsinə görə, ilin sonunadək neftin qiyməti 60 dollaradək qalxacaq.

"Neftin qiymətində artım dinamikası nümayiş olunur. Neftin qiyməti artıq dibi görüb. Hətta 50 dollar olduğu halda, bu, investisiyayönümlü qiymət deyil. Son iki il ərzində böyük neft şirkətləri yüzlərlə milyard dollarlıq investisiyaları, bir çox layihələrini saxlayıblar", - deyə R. Abdullayev bildirib.

Dövlət şirkətinin rəhbəri əlavə edib ki, neftin 1 barelinin investisiyayönümlü qiyməti 60-70 dollardır.

"Mənim proqnozuma görə, ilin sonunadək neftin qiyməti 60 dollaradək bahalaşacaq. Lakin neft sənayesinə böyük investisiyaların yatırılması üçün bu da kifayət deyil", - deyə R. Abdullayev qeyd edib.