Rioya buraxılmaya bilərlər

Qazaxıstan idmançısı Svetlana Podobedova

-

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasi deyir ki, Rusiya, Qazaxıstan və Belarus avqustda Rio Olimpiadasına buraxılmaya bilərlər. Səbəb də həmin ölkə idmançılarının öncəki olimpiya nümunələrində dopinq tapılmasıdır.

Rusiyanın yüngül atletlətlərilə bağlı ötən həftə qərar açıqlanıb və onların oyunlarda iştirakına qadağa qoyulub. İndi isə qadağa daha bir ikinci idman növünə tətbiq ediləcək.

Federasiya iyunun 22-də hər üç ölkəni bir il müddətinə yarışlardan uzaqlaşdırıb. Hər üç komandada azı 3 dopinq pozuntusu olduğunu bildirir. Amma Rioya buraxılmamaqla bağlı yekun qərarı Beynəlxalq Olimpiya Komitəsi çıxaracaq. 2008 və 2012-ci il Olimpiadasından götürülmüş təkrar nümunələr yoxlanacaq.

Federasiya Rusiya, Qazaxıstan, Belarus, Azərbaycan, Şimali Koreya və Moldova üçün nəzərdə tutulmuş 11 yeri də geri çəkib. Səbəb 2015-ci ildə Hyustonda dünya çempionatında aşkarlanmış çoxsaylı dopinq pozuntularıdır. Həmin çempionat Olimpiadaya təsnifat prosesi sayılırdı.