Polis 12 azarkeşi saxladı

Ukraynalı azarkeşlər

-

Marsel polisi iyunun 21-də keçirilən Ukrayna – Polşa oyunu (0:1) ilə bağlı 12 azarkeşi saxlayıb. «L’Equipe» qəzetinin yaydığı xəbərə görə, həmin azarkeşlərin saxlanılmasına oyundan əvvəl və sonra yaşanan toqquşmalar səbəb olub. Polis hadisələrin belə axarına hazır olub. Hakimiyyət orqanları bir neçə gün əvvəldən bu oyunu «yüksək təhlükə mənbəyi» kateqoriyasına aid etmiş və qanun keşikçilərinin sayını artırmışdı.