İranda inflyasiya düşüb – son 25 ildə

İran iqtisadiyyatı, karikatura

-

İran bildirir ki, ölkədə inflyasiyanın səviyyəsi son 25 ildə ilk dəfə olaraq, birrəqəmli səviyyəyə düşüb.

Vitse prezident Mohammad Bagher Nobakht iyunun 21-də parlamentdə söyləyib ki, illik inflyasiya 9.5 faizə enib. O, milli statistika mərkəzinə əsasən, həmin səviyyənin bir ay öncə 10.2 faiz olduğunu vurğulayıb.

İrana nüvə proqramına görə illər boyunca davam edən sanksiyalar neft satışını məhdudlaşdırıb və sərmayələri azaldıb. Nəticədə ölkədə iqtisadi geriləmə başlanıb, qiymətlər yüksəlib.

Yanvarda sanksiyalar qaldırılandan sonra İran dirçəlməyə başlayıb. Neft ixracı sanksiyalardan öncəki həddə yüksəlib və qlobal şirkətlər artıq biznes razılaşmaları imzalayırlar.