Pique favoritlərinin adını çəkdi

-

İspaniya yığmasının müdafiəçisi Gerard Pique İtaliya ilə Fransanın indiki AÇ-nin favoritləri olduğunu deyib.

Onun dediyinə görə, fransızlar səviyyəli oyun göstərməsə də, nəticə qazanırlar. Pique-nin Marca qəzetinə verdiyi açıqlamada deyilir:

“Məni İtaliya yığması narahat edir. Fransızlar öz evində oynayır, keyfiyyətli oyun göstərməsələr də, qələbə qazanırlar. Almanlar həmişə faroritdir. Ancaq mən Xorvatiya yığmasının da adını çəkərdim. Bu komanda çox yaxşı oyun göstərir”.