“Qarabağ”ın rəqibi bəlli oldu

-

İyunun 20-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2016-17-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

Püşkatmada Azərbaycan Premyer Liqasının 2015-2016–cı il mövsümünün qalibi Ağdamın “Qarabağ” kulubunu rəqibi müəyyənləşib. Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq Ağdam təmsilçisi Lüksemburqun “F91 Düdelanj” klubu ilə qarşılaşacaq.

Çempionlar Liqasının ilk mərhələsinin oyunları iyunun 28-29-da keçiriləcək. Cavab oyunları isə iyulun 5-6-da baş tutacaq. İkinci təsnifat mərhələsinin oyunları isə iyulun 12-13-də və 19-20-də keçiriləcək.

Çempionlar Liqasının final görüşü gələn il iyunun 3-də Uels paytaxtı Kardiffdə oynananacaq.