Yenə partlamamış sursat tapılıb

Minaaxtaran

-

İyunun 19-da Tərtər rayonunun Cəmilli kəndində su kanalının yaxınlığında 4 partlayış yerinə baxış keçirildiyi deyilir. Bir partlamamış hərbi sursat -9M22U raketinin mühərrik hissəsinin aşkarlandığı bildirilir.

Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AZƏRTAC-a bildiriblər.

Agentlik açıqlayır ki, Ağdam rayonunun Mahrızlı kəndində də iki 9M22U raketinin mühərrik hissəsi tapılıb.

Agentlik ümumilikdə aprelin 7-dən iyunun 19-a kimi 1539 partlamamış hərbi sursat, 14 piyada əleyhinə mina (PMN), 3 piyada əleyhinə POMZ-2 və 8 tank əleyhinə mina zərərsizləşdirdiyini qeyd edir.