«Formula-1» üzrə Avropa Qran-prisi başa çatdı

-

«Formula-1» Avropa Qran-prisi «Mercedes»in pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb.

AZƏRTAC-ın xəbərinə görə, onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 48,942 saniyə olub. İkinci yeri «Ferrari»nin pilotu Sebatian Fettel, üçüncü yeri isə isə «Force İndia»nın sürücüsü Serxio Peres tutub. İyunun 17-də Bakıda «Formula-1» üzrə dünya çempionatının 8-ci Avropa Qran-pri yarışları start götürmüşdü. Qran-prinin birinci günündə «Formula-1» və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunmuşdu.

İyunun 18-də sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçirilmişdi. Nəhayət, bu gün Avropa Qran-pri yarışları və GP2 üzrə 2-ci yürüş gerçəkləşdi.

Azərbaycanda bu yarışlar ard-arda 5 il keçirilməlidir. Əks halda ölkəni 100 milyon dollara yaxın cərimə gözləyir. Gənclər və idman naziri Azad Rəhimov yarışın Azərbaycana təxminən 100 milyon manata başa gəldiyini desə də, bəzi ekspertlər bu rəqəmin, əslində, 3-4 yüz milyon manata çatdığını iddia edirlər. Müxalifət qüvvələri bayan edirdilər ki, bu pullar ölkədə sosial-iqtisadi problemlərə yönəldilməli idi. Ancaq hakimiyyət təmsilçiləri düşünür ki, belə beynəlxalq idman yarışları Azərbaycanın dünyada nüfuzunu artırır.