İtaliya İsveçi də məğlub elədi

Gianluigi Buffonun qələbə sevinci

"Avro-2016"da qrup mərhələsinin II turunun oyunları davam edir.

E qrupunda İtaliya və İsveç milliləri qarşılaşıb, oyun 1:0 hesabı ilə İtaliya millisinin xeyrinə qurtarıb.

Qeyd edək ki, İtaliya qrupun ilk görüşündə Belçika yığmasını da 2:0 hesabı ilə məğlub etdiyindən artıq 1/8 finala vəsiqə qazanıb.

Qrupun digər oyununda isə "Belçika" sabah İrlandiya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl İsveç-İrlandiya görüşündə isə hesab 1:1 olub.

17 iyun

E qrupu

17:00. İtaliya - İsveç - 1:0

Baş hakim: Viktor Kaşşai

Yan xətt hakimlər: Györgi Rinq, Vensel Tot

Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

Dördüncü hakim: Klemen Turpin (Fransa)

Tuluza. Tuluza şəhər stadionu.