-
ABŞ Dövlət Departamentinin 50-dən çox rəsmisi daxili memo imzalayaraq ABŞ-ın Suriya siyasətini pisləyib və Suriyada hökumət qüvvələrinə hava zərbələri endirməyə çağırıb.
“The Wall Street Journal” yazır ki, memonu 51 orta və yüksək çinli rəsmi imzalayıb.
Onlar Prezident Bashar al-Assada sadiq qüvvələrə hərbi zərbələr endirməyə çağırırlar.
Obama Administrasiyası Suriyada vətəndaş müharibəsinə birbaşa müdaxilə etməmək siyasəti yürüdür.
2001-ci ildə başlanan müharibədə 270 mindən çox insan həlak olub, milyonlarla adam evindən didərgin düşüb.