İngiltərə-Uels-2:1

İngiltərə millisi oyuna artırılmış vaxtda (90+2) hesabda irəli çıxdı.Qolu Daniel Sturridge vurdu. Beləliklə hazırda B qrupunda İngiltərənin 4, Uelsin 3, Slovakiyanın həmçinin 3, Rusiyanın isə 1 xalı var.

 

İngiltərə millisi ikinci hissənin 56-cı dəqiqəsində hesabı bərabərləşdirdi. Qolu Jamie Vardy vurdu. Bu çempionatda onun ilk qoludur.

Gareth Bale 43-cü dəqiqədə hesabı aşdı. O, 30 metrlik cərimə zəribəsini qapının küncünə yönəltdi. Top qapıçının əlinə dəysə də qapı toruna girdi. Qeyd edək ki, bu Gareth Bale-nin çempionatda ikinci qoludur.

Oyun başladı. İngiltərə: 1. Co Hart, 2. Kayl Ualker, 3. Denni Rouz, 5. Qari Kehil, 6. Kris Smollinq, 7. Rahim Sterlinq, 8. Adam Lallana, 9. Hari Keyn, 10. Ueyn Runi, 17. Erik Dayer, 20. Delle Alli.

Uels: 1. Ueyn Hennesey, 2. Kris Günter, 3. Neil Teylor, 4. Ben Deyvis, 5. Ceyms Çester, 6. Eşli Uilyams, 7. Co Allen, 9. Hal-Robson Kanu, 10. Aaron Remzi, 11. Qaret Beyl, 16. Co Ledli 

Hakimlər: Baş hakim: Feliks Brıx, Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp.  Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits Lans. 

İngilis azarkeşlər oyundan qabaq. Üzərində İngiltərə bayrağı və kraliça II Yelizavetanın şəkli olan xüsusi azarkeş bayrağı ilə.

Uels millisinin forvardı və Madridin Real klubunun oyunçusu Gareth Bale-nin atası ilə anası Debbie və Frank oyundan əvvəl.

Uelsli azarkeşlər oyundan qabaq. Hazırda Uels millisinin qrupda 3, İngiltərə yığmasının isə 1 xalı var. 

İngiltərəli azarkeşlər oyundan əvvəl.İngiltərə bundan əvvəl, ilk görüşdə Rusiya yığması ilə 1:1 oynayıb. Ona görə də bu görüş onlar üçün çox əhəmiyyətlidir. Qeyd edək ki, həmin görüşdən sonra ingilis və rus azarkeşlər arasında dava düşüb.Hər iki komandaya xəbərdarlıq edilib.