Aralıq dənizində qəzaya düşən təyyarə tapıldı

Foto arxiv

Aralıq dənizində qəzaya uğramış Misir təyyarəsinin yeri aşkarlanıb.

Təyyarəni Misirin icarəyə götürdüyü “Con Letbric” gəmisi aşkar edib.

Bu barədə qəza ilə bağlı xüsusi istintaq komissiyası xəbər verir.

Gəminin heyət üzvləri artıq təyyarənin qalıqlarnın ilk fotolarını çəkib və onları müstəntiqlərə veriblər.

Amma qara qutuların qırıntıların yaxınlığında olub-olmaması hələ ki, bəlli deyil.

Müstəntiqlərin sözlərinə görə qara qutunun batareyaları iyunun 24-də artıq işləməməlidir.

Hazırda təyyarənin qalıqlqrı təxminən 3 min kilometrlik dərinlikdədir.

Qara qutuları qaldırmaq üçün ekspertlər onların yerini bir neçə metrlik dəqiqliklə müəyyən eləməlidirlər.

Parisdən Qahirəyə uçan A-320 təyyarəsi mayın 19-da qəzaya düşüb.

Təyyarədə olan 66 nəfərin hamısı həlak olub. Qəzanın səbəbi hələ ki, bəlli deyil.