Ukraynanın şərqində daha 2 Ukrayna əsgəri həlak olub.
Separatçıların Donetsk vilayətinin Pavlopol şəhərinə hücum etdikləri xəbər verilir.
Ukrayna hökuməti hücum zamanı həmçinin ötən gecə 7 əsgərin yaralandığını bildirir.
Ukrayna ordusu Pavlopollla yanaşı Marinko, Horlovka və Avdeevka ətrafında qızğın döyüşlər getdiyini və ağır silahlardan istifadə edildiyini xəbər verir.
2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.
Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır