Portuqaliya-İslandiya oyununun maraqlı anları

Cristiano Ronaldo Islandiya ilə oyunda meydana belə daxil oldu. Az sonra görüş başlayacaq. Oyunu türkiyəli baş hakim Çakirin rəhbərlik etdiyi hakimlər qrupu idarə edir.

Portuqaliya millisi 31-ci dəqiqədə hesabı açdı. Qolu 29 yaşlı hücumçu Nani vurur.Portuqaliya 4 dəfə, İslandiya isə 2 dəfə güncdən zərbə qazanıb. Portuqaliya millisi bunadək qaydanı 5, İslandiya isə 9  dəfə pozub.

Naninin vurduğu qolun arxadan görünüşü.

İslandiya 50-ci dəqiqədə hesabı bərabərləşdirdi. Qolu Birkir Bjarnason vurdu.Portuqaliyanın müdafiəçiləri onu demək olar ki,boş qoymuşdular. hesab bərabərləşir 1:1.

Cristiano Ronaldo buepizotda hesabı artırmağa çox yaxın idi. Amma fürsəti əldən verir, topu düz qapıçının üstünə vurur. Ronaldo adətən bu cür fürsətləri əldən qaçırmırdı.

İslandiya millisi hesabı artıra bilərdi. Amma Jon Dadi Bodvarsson şansı əldən verdi. Hesabda irəli çıxmaq üçün yaxşı imkan yaranmışdı.

Görüş sona yetir.Komandalar meydandan hərəyə 1 xalla ayrılırlar. İslandiya milisinin oyunçuları nəticəni qeyd edirlər.

Portuqaliya millisindən qolun müəllifi Nani və Bruno Alves oyundan sonra. Bu F qrupunda 1-ci turun sonoyunu idi.