İyunun 14-də“Avro-2016”nın qrup mərhələsində ilk turun oyunlarına yekun vurulur.
Bu gün F qrupunda iki oyun keçirilir.
Avstriya, Macarıstanla, Portuqaliya millisi isə İslandiya ilə qarşılaşır.
Avstriya-Maracıstan oyunu bakı vaxtı ilə saat 20-də, Portuqaliya-İslandiya görüşü isə saat 23-də başlayır.
14 iyun
F qrupu
20:00. Avstriya - Macarıstan
Hakimlər: Kleman Turpen, Frederik Kano, Nikolas Danos (hamısı Fransa)
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Xesus Gil Manzano (İspaniya)
Bordo. "Bordo" stadionu.
23:00. Portuqaliya - İslandiya
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongün (hamısı Türkiyə)
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşək (hamısı Türkiyə)
Dördüncü hakim: Karlos del Kerro (İspaniya)
Sent-Etyen. "Joffrua Qişar" stadionu.