Z.Həsənov Moskvaya gedir

Zakir Həsənov

-

Sabah - iyunun 15-də Rusiya paytaxtı Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilməlidir.

APA-nın xəbərinə görə, iclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası, hava-kosmik müdafiəsi layihəsinin işlənilməsi və «Beynəlxalq Hərbi Oyunlar-2016»nın keçirilməsi məsələlərinin müzakirəsi gözlənilir.

İclasda Azərbaycanı müdafiə naziri Zakir Həsənovun təmsil edəcəyi bildirilir.

Sabah Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında ikitərəfli görüşün də planlaşdırıldığı qeyd edilir.