“Avro-2016"nın qrup mərhələsində Ukrayna ilə oyun Almaniya millisinin baş məşqçisi Yoahim Löv ( Joachim Löw) üçün əlamətdar olub.
Belə ki, o Avropa çempionatlarında 12-ci oyununu keçirməklə rekor vurub və keçmiş baş məşqçisi Berti Foqtsu geridə qoyub.
Berti Foqts "Avro-1992" və "Avro-1996"da Almaniya yığmasının baş məşqçi olub, ümumilikdə 11 oyun keçirib.
Qeyd edək ki, Foqts Azərbaycan millisinin də keçmiş baş məşqçisi olub.