Dollar bir az da bahalaşdı

-

Azərbaycan Mərkəzi Bankı manatın iyunun 14-ə olan rəsmi məzənnəsini açıqlayıb.

Həmin məzənnəyə görə, iyunun 14-də bir dollar 1,5120 manat səviyyəsində müəyyən edilib.

İstirahət günlərində və iyunun 13-də bir dollar 1,5114 manata bərabər olmuşdu.

Artıq bir neçə həftədir ki, manat dollara nisbətdə ucuzlaşır.

Halbuki, son aylar manat möhkəmlənməkdə idi. Azərbaycanda ötən il dekabrın 21-də baş verən son devalvasiyada bir dollar 1 manat 55 qəpik olmuşdu.